![]()
Subyekt.az Sfera.az-a istinadla bildirir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Kənd sakini şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum edib. İlkin məlumata əsasən, o, 12 və 14 yaşlı qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.
Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dağıstandan yenicə qayıdıb və əvvəllər məhkumluq həyatı yaşayıb.
Subyekt.az