![]()
Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının dünyaya göz açdığı gündür
Çox qısa ömür yaşayan Cəfər Cabbarlı bütün istedadını, bilik və bacarığını ömrünün son dəqiqəsinədək milli mədəniyyətin inkişafına sərf edib. Bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazıb, lirik və satirik şeirlərlə, hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar edib.
Subyekt.az