![]()
Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftənin sonuna elan olunacaq. Subyekt.az Milli.Az -a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib. O bildirib ki, martın 9-da təşkil olunmuş imtahanın cavabı isə prosesə uyğun olaraq 6 həftədən sonra məlum olacaq. “Müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir”, – deyə o qeyd edib.
Subyekt.az