
Suriya tarixində ilk dəfə bir qadın ölkənin Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə “Al-Watan” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu vəzifə Meysə Sabirinə tapşırılıb. Qeyd edək ki, Meysə Sabirin daha öncə Suriya Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsində çalışıb.
Subyekt.az