![]()
İşğaldan azad olunmuş Talış kəndində fəaliyyət göstərən Ağdərə rayon Talış kənd tam orta məktəbinin məzunlarının hər biri tələbə adını qazanıb.
Subyekt.az News24.az -a istinadla xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Ağdərə rayonu Talış kənd tam orta məktəbinin 2024-2025-ci tədris ili üzrə məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.
Böyük Qayıdışın uğurlu gənclərini təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayırıq!
Subyekt.az