![]()
2025-ci ildə və yaxın 14 ildə doğulan uşaqlar yeni nəslin nümayəndələri hesab olunacaqlar. Subyekt.az Milli.Az -a istnadla xəbər verir ki, Avstraliyanın “McCrindle” sosial tədqiqat şirkətinin proqnozuna görə, 2035-ci ilə qədər “Beta” nəslinin nümayəndələri dünya əhalisinin ən azı 16%-ni təşkil edəcək. Bundan əlavə, 2025-ci ildə doğulan bir çox “Beta” nəsli, ehtimal ki, 2101-ci ildə 76 yaşına çataraq 22-ci əsrdə yaşayacaq. “Pew Araşdırma Mərkəzi”nin məlumatına görə, müəyyən 15-20 illik dövrdə doğulan insanların nəsilləri – körpə bum dövründən X nəslə qədər – dövrlərinin siyasi, iqtisadi və sosial xüsusiyyətləri ilə müəyyən edilən unikal keyfiyyətləri bölüşürlər.
Subyekt.az