
İşğaldan azad olunan rayonların yaylaqlarına mövsümlə bağlı gedənlərə icazə verilməsinə başlanılıb. Özünü “fermerlərin köhnə dostu” sayan, onlardan yardımını əsirgəməyən tanınmış vəkil Əziz Qənbərli təsərrüfat sahiblərinə növbəti dəfə hüquqi – maarifləndirici müraciət edib:
“Hörmətli Kəndli Fermer Təsərüffatinın rəhbərləri!
Bəzi heyvandarlıq təsərüffatlarına da 16.05.2024-cü il tarixdə portal icazəsi gəldi. Xahiş edirəm yoxlayasınız.
Xüsusilə qeyd edirəm ki, hər bir fermerə seçdiyi sahədən başqa (məsələn K35, K36, K32) həmin sahnin içərisində də sərhədlər daxilində kordinatlar verilibdir. Həmin kordinatları rayon DAİM-lərdən əldə edə biləcəksiniz. K32-ə və ya L41-ə, və ya K-35-ə düşmüşəm deyib orada istədiyiniz yerdə məskən sala bilmərsiniz. Konkret sərhədlər və koordinatlar müəyyən edilib. Sonradan Polislərimizə və özünüzə əlavə çətinliklər yaratmayın. Öz yerinizə düşün. Yoxsa hətta münaqşəli fermer kimi portalınız belə ləğv edilə bilər”,
Ə.Qənbərli vurğulayıb.


Subyekt.az