![]()
O, Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Yazıçının ilk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub. Ədəbi yaradıcılığa “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlayıb. O, “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, Daşkəsən” oçerklərinin, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarının müəllifidir. İsmayıl Şıxlı “Qızıl Ulduz”, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “Şöhrət” orden və medalları ilə təltif edilib.
Xalq yazıçısı İsmayıl Şıxlı 1995-ci ildə vəfat edib.
Subyekt.az