
Onun poeziyasının kökü, mayası Vətən eşqi, torpaq və dünya ilə bağlıdır. Görkəmli şair yazırdı: “Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur… Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı!”