![]()
Rəsul Rza Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Azərbaycan Yazıçıları İttifaqının sədri, Azərbaycan Kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. Onun müharibə illərində yazdığı “Vətən”, “İntiqam! İntiqam…” şeir kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk topluları, “Vəfa” pyesi və s. dillər əzbəri idi. “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarının, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarının müəllifidir.
Xalq şairi Rəsul Rza 1981-ci ildə vəfat edib.
Subyekt.az