![]()
Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi kəndində dünyaya gələn Abbasqulu bəy Şadlinski 1918-1919-cu ildə daşnak dəstələrinə qarşı özünümüdafiə qüvvələrinə rəhbərlik edib.
Haqqın, ədalətin tərəfdarı olan Abbasqulu bəy gənc yaşlarından ermənilərin haqsızlığının, yalançılığının, vəhşiliyinin, nankorluğunun şahidi olub və ömrünün sonuna qədər onlara qarşı mübarizə aparıb.
Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və “Axırıncı aşırım” filmi Abbasqulu bəy Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.
Subyekt.az