
Tofiq İsmayılov Teatr İnstitutunun aktyorluq, rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin ali kurslarında təhsil alıb. Gənc Tamaşaçılar Teatrında, Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycanfilm” studiyasında, Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Türkiyənin Gözəl Sənətlər Universitetində çalışıb. O, “Mən mahnı qoşuram”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərə quruluş verib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. “Ağ dəsmal” adlı ilk hekayəsi 1962-ci ildə “Göyərçin” jurnalında dərc edilib. O, “Türk xalqlarının kino tarixi” üçcildlik tədqiqat əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir.
Tanınmış rejissor 2016-cı ildə vəfat edib.
Subyekt.az