![]()
Muxtar Avşarov yaradıcılıq fəaliyyətinə 1938-ci ildə Gəncə Dövlət Dram Teatrında başlamış və müxtəlif tamaşalarda çoxsaylı obrazlar qalereyası yaradıb.
Akademik Milli Dram Teatrında da 23 ildən artıq çalışıb. Rəcəb (M.F.Axundov “Xırs quldurbasan”), Xərabati, Şeyx (H.Cavid “Xəyyam”), Hacı Baxşəli, Şeyx Nəsrullah, Hacı Xudaverdi (C.Məmmədquluzadə “Ölülər”), Yanardağ, Əbdül əmi, Babakişi (C.Cabbarlı “Od gəlini”), Şeyx Alı, Qacar (S.Vurğun “Vaqif”), Kərəm dayı (İ.Əfəndiyev “Unuda bilmirəm”), Əjdər əmi (Anar “Şəhərin yay günləri”), Kral (U.Şekspir “Maqbet”) kimi unudulmaz obrazlar yaradıb.
“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Yenilməz batalyon”, “Dəli Kür”, “Qaçaq Nəbi”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qatır Məmməd”, “Mən qayıdacağam”, “Qəm pəncərəsi”, “Gilas ağacı”, “Sevil”, “Kişi sözü” bədii filmlərində Muxtar Avşarov maraqlı aktyor ifası ilə daha çox tanınıb.
Onun iştirakı ilə milli televiziyada hazırlanmış C.Cabbarlının “Solğun çiçəklər”, İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, Ə.Haqverdiyevin
“Diş ağrısı” televiziya tamaşaları Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin qızıl fondunda qorunub saxlanılır.
Sənətkar 2004-cü ildə vəfat edib.
Subyekt.az