![]()
Oqtay Zülfüqarov Asəf Zeynallı adına Musiqi Məktəbinin, Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxuyub, 1952-1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb. Oqtay Zülfüqarov müxtəlif mədəniyyət evlərində, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində, Respublika Xalq Yaradıcılıq Evində, Azərbaycan Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışıb. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar vardır. “Telefon”, “Qatar”, “Kim sevirsə idmanı” və başqa mahnıların müəllifidir. Uşaqlar üçün balet, nağıl-opera və digər əsərlər yazıb. Oqtay Zülfüqarov bir sıra fəxri adlara, orden və medallara layiq görülüb. Xalq artisti Oqtay Zülfüqarov 2016-cı ildə vəfat edib.
Subyekt.az