![]()
Hacı Xanməmmədov Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. Onun diplom işi tar və orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında əsas xətti təşkil edib və o, ömür boyu beş tar konserti yazıb. Onun yaradıcılığının əsas hissəsini xalq çalğı alətləri üçün əsərlər təşkil edib. H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun “Azərbaycan eskizləri” süitasında və “Simfoniyetta”da əks olunub. O, Bakı Musiqi Texnikumunda, indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
Hacı Xanməmmədov 2005-ci ildə vəfat edib.
Subyekt.az