
Seyid Şuşinskinin (Mir Möhsün Ağa Seyid) mürəkkəb muğam olan “Cahargah”ı böyük məharətlə oxuyub. O, öz ifaçılığında klassik şairlər – Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Qarabağ xanəndəlik məktəbinin ən böyük musiqi təhsil ocaqlarında muğam dərsləri deyib. Dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında onun böyük rolu olub.
Görkəmli xanəndə Seyid Şuşinski 1965-ci ildə vəfat edib.
Subyekt.az