
Aktrisa on dörd yaşından dram dərnəyində çıxış edib. Xalq artisti Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasında Gülnaz, “Arşın mal alan”da Asya, “Ər və arvad”da Minnət xanım, Səməd Vurğunun “Vaqif” dramında Gülnar, “Fərhad və Şirin”də Şirin və digər rollarda oynayıb. Bundan başqa, “Pəri cadu”, “Həyat”, “Astana”, “Aydın”, “Sevil”, “Od gəlini”, “Xanuma”, “Şeyx Sənan”, “Göz həkimi” tamaşalarında yaddaqalan rollar ifa edib. “Məşədi İbad” və Roza xanımın son tamaşası olan “Pompeyin Qafqaza yürüşü”ndəki rolları aktrisanın ən uğurlu yaradıcılıq işləri hesab olunur. Roza Cəfərxanova 2010-cu ildə vəfat edib.
Subyekt.az