![]()
O, Moskva Konservatoriyasında fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operası ilə yüksək dirijorluq istedadını nümayiş etdirib. O, “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Dünya şöhrətli sənətkarın 2002-ci ildə Bakıda ev-muzeyi açılıb.
Mstislav Rostropoviç 2007-ci ildə vəfat edib.
Subyekt.az