![]()
Fuad Poladov Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib. O, tələbə olanda İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Aktyor həm də “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Xalq artisti Fuad Poladov 2018-ci ildə vəfat edib.
Subyekt.az