![]()
Ümumdünya Xərçənglə Mübarizə Günü 2005-ci ildən başlayaraq hər il fevralın 4-ü kimi qeyd edilir. Bu günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.
Hər il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xərçəngi Araşdırma üzrə Beynəlxalq Agentliyi bu xəstəliyin yükünün yüngülləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində Xərçəngə Qarşı Beynəlxalq İttifaqa yaxından dəstək göstərir, insanları fərdi və ya kollektiv şəkildə 20 ildən qısa müddətdə hər il 24 milyon insanın ölümünə səbəb olacaq bir xəstəliyə qarşı mübarizədə aktiv olmağa təşviq edir.
Beynəlxalq Xərçəng Nəzarəti Təşkilatı (UICC) dünyanın 160 ölkəsində əhəmiyyətli xərçəng təşkilatları, sağlamlıq araşdırma institutları, müalicə mərkəzləri və xəstə qrupları təmsil edən 1000-dən artıq üzvü olan ən böyük xərçənglə mübarizə təşkilatıdır. Qurum xərçəng təşkilatlarını qlobal xərçəng yükünü azaltmaq, daha çox bərabərlik yaratmaq, xərçəngə nəzarəti gücləndirmək, üzvlərini birləşdirmək və qoruma təşəbbüslərinə rəhbərlik etməyə həsr olunub.
2009-cu ildə Milli Onkoloji Mərkəzinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində çox böyük irəliləyişlər baş verib. 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərinin molekulyar diaqnostikası laboratoriyaları açılıb.
2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb.
Subyekt.az