![]()
Əsas məqsəd ürək-damar xəstəliklərinin qarşısının alınması, risk faktorları barədə ictimai məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbidir. Bu xəstəliklər səbəbindən baş verən ölümlərin 85 faizi infarkt və insultun payına düşür.
Sağlam qidalanma, fiziki aktivlik, tütün istifadəsindən uzaq durmaq, qan təzyiqi və xolesterin səviyyəsinə nəzarət ürək sağlamlığının qorunmasında mühüm rol oynayır.
Subyekt.az