![]()
2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Bu döyüşlərdə şəhid olan igidlərimiz Vətən uğrunda canlarından keçərək tarix yazdılar.
General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər qəhrəman şəhidlərimizin göstərdiyi şücaət xalqımızın birlik ruhunu daha da gücləndirdi. Tovuz döyüşləri təkcə sərhəddə aparılan hərbi əməliyyat deyildi, həm də xalqın qələbəyə olan inamını möhkəmləndirən dönüş nöqtələrindən biri oldu və sonradan Vətən müharibəsinə gedən yolun mühüm mərhələsinə çevrildi.
Subyekt.az kollektivi olaraq bu gün onların əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Subyekt.az