![]()
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək. DİM-dən bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq. İmtahan vermək üçün 23 min 89 bakalavr ərizə təqdim edib. Onlardan 21 min 372 nəfəri Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək.
Subyekt.az