
1-ci cümhuriyyətdə nepotizm (qohumbazlıq) ənənəsinin əsası məhz Xan Xoyski tərəfindən qoyulmuşdur. Kürd əsilli Dünbüli tayfasına mənsub olan mülkədar Xan Xoyski Baş nazir olduğu dövrdə öz yaxın qohumlarına dövlət vəzifələri vermişdi. Belə ki, Fətəli xanın kiçik qardaşı Rüstəm xan Xoyski 1-ci cümhuriyyətin Sosial Təminat naziri, Fətəli xan Xoyskinin digər qardaşı Hüseynqulu xan Xoyski Gəncənin general-qubernatorunun müavini, Fətəli xan Xoyskinin qardaşı Cahangir xanın oğlu Əmiraslan xan Xoyski də Gəncə uyezdinin rəisi və Qazax uyezdinin general qubernatoru olmuşdur.