![]()
Münəvvər Rzayeva Əzim Əzimzadə adına rəssamlıq məktəbində, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alıb. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının, Rəssamlıq İttifaqının üzvü olub, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində çalışıb. Azərbaycanın ilk monumentalçı qadın heykəltəraşı Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifi, müxtəlif sərgilərin iştirakçısı olub. Bakıdakı heykəllərdən Sevil Qazıyevanın barelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Ayna Sultanovanın (1986), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar. Heykəltaraşın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündəki “Heydər zirvəsi”nə bərkidilən ümumilli lideri Heydər Əliyevin tunc barelyefidir.
Münəvvər Rzayeva 2004-cü ildə vəfat edib.
Subyekt.az