![]()
Rasim İsmayılov 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963–1978-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olub. “Dağ meşəsindən keçərkən”, “Yenilməz batalyon”, “Torpaq. Dəniz. Od. Səma”, “Yeddi oğul istərəm…”, “Sevil”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”, “Babək” filmlərinin quruluşçu operatoru, “Şir evdən getdi”, “Anın quruluşu”, “İşgüzar səfər”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər”, “Tələ” filmlərinin quruluşçu rejissoru olub. Rasim İsmayılov Azərbaycan Dövlət mükafatına layiq görülüb.
Əməkdar incəsənət xadimi Rasim İsmayılov 2004-cü ildə vəfat edib.
Subyekt.az