
Əzizağa (Ağababa) Qasımov Yüngül Sənaye Texnikumunu bitirib. Tələbə ola-ola Akademik Teatrın yardım heyətində çıxış edib, Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib. Əsl adı Ağababa olsa da, oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb. Bakı Musiqi Məktəbinin vokal şöbəsində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) təhsil alıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) aktyor truppasına solist dəvət olunub və ömrünün sonuna kimi bu kollektivlə çalışıb. O, uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub, həm də xarakterik rollar ifa edib. Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. “Azərbaycanfilm”in istehsalı olan “Ulduz” (Əliş), “Musiqi müəllimi” (Coğrafiya müəllimi), “Qaraca qız” (Bəy) ekran əsərlərində kiçik rollarda çıxış edib.
Əməkdar artist Əzizağa Qasımov 1985-ci ildə Bakıda vəfat edib.
Subyekt.az