Skip to content
16 May 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • 31 MART – Nəhs illərin nəsillərdəki ağrısı…
  • Ölkə

31 MART – Nəhs illərin nəsillərdəki ağrısı…

31 Mart 2024
c2058821e71f68a078692367fcb27b33_L
9

Loading

Əkbər Qoşalı yazır

Şair, publisist və siyasi icmalçı Əkbər Qoşalının 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə yazdığı “Nəhs illərin nəsillərdəki ağrısı…” məqaləsini təqdim edir.

Xalq şairi Səməd Vurğun dillər əzbəri “Azərbaycan” şeirində böyük keçmişi olan doğma vətənə müraciətən deyir:

“…Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,

Nəhs aylara, nəhs illərə.

Nəsillərdən nəsillərə

Keçən bir şöhrətin vardır;

Oğlun, qızın bəxtiyardır”…

Əlbəttə, yurdumuzun oğul-qızlarının əsl bəxtiyarlığı müstəqil, qalib Azərbaycanla bağladır. Mən “Azərbaycan”ın yuxarıdakı misralarına uğursuz dillərin, nəhs ayların, nəhs illərin ağrısını xatırlatmaqçün üz tutmuşam. Üz tutmuşam deyəm ki: “Nələr çəkmiş başın sənin”, Vətən!?.

Başımız çəkənlər yetməzmiş kimi, xalqımız XX yüzilin əvvəllərindən başlayaraq yeni – daha dəhşətli aktla üzləşdi: bu, bəşəriyyətin üzləşə biləcəyi ən böyük dəhşət idi. Onda hələ nə İkinci Dünya müharibəsi olmuşdu, nə də “Xolokost” (Yəhudi soyqırımı) baş vermişdi…

31 Mart soyqırımı yalnız Azərbaycan tarixində deyil, ümumən insanlıq tarixində ən dəhşətli hadisələrdəndir.

Soydaşlarımız, həmvətəndlərimiz qərinələr boyu yalnız azərbaycanlı (türk, müsəlman) olduqları üçün öz dədə-baba torpaqlarından didərgin salınıb, kütləvi qətllərlə, qırğınlarla üzləşib. Görün necə yaratılıqlarla üz-üzə qalmışıq, insanlar bir yana, minlərlə tarixi, mədəni abidəmizi, yaşayış məskənlərimizi belə dağıdıb, ev-eşiklərimizi yandırıb, viran qoyublar. Yaşıl ağacımızı kəsib, gur bulağımızı qurudub, altıbalalı heyvanlarımızı öldürüb –  bir sözlə, flora-faunamızı sıradan çıxardıb bu yaratılıqlar…

*

Erməni millətçilərinin bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi ilk soyqırımından 106 il ötür. “Erməni millətçiləri” deyirik, guya erməninin solçusu, liberalı, başqa siyasi-ideoloji xətdə olanı qatı millətçilərdən fərqlənir(di)mi? Ona qalsa, “Daşnaksutyun”un ideoloji spektri solçuluqdu, hazırda da “Sosialist İnternasionalı”nın üzvüdür… “Daşnaksutyun” hara beynəlmiləlçilik hara?.. Allah eşqinə, onlar demokratiyadan, sosial demokratlıqdan, ədalətdən, bərabərlikdən nə anlar? – Qandıqları bir şey var: qan-qada, öldürmək, dağıtmaq, mənimsəmək, özgələşdirmək, özününküləşdirmək…

Belə idbar xasiyyətləri üzündən də Ermənistan hazırda dünyanın nadir ölkələrindən biri – bizim bölgədəsə yeganə monoetnik ölkədir. Belə ölkə olar? O gözəllikdə torpaqları cəhənnəmə döndəriblər. Bax, bu faktın özü belə Qərbi Azərbaycanın Ermənistan Respublikası adı altında gələcəyini mübahisələndirməyə ciddi əsas deyilmi?

*

1918-ci ilin mart soyqırımlarından qərinələr ötüb; lakin ermənilər qabıq qoyaraq, libas dəyişdirərək və fərqli formalar bularaq öz bəd əməllərini ən müxtəlif səviyyələrdə davam və “inkişaf” etdirib. “Müttəfiq respublika” olduqdan sonra da respublikamıza, xalqımıza qarşı edə bildiklərini ediblər; özəlliklə, deportasiyalar, ayrı-seçkiliklər, türkofobiya, azərbaycanafobiya… onların soyqırım törətmə “usta”sı olduğunu bir daha, bir daha göstərib. Onlar harada olubsa (Bakıda, Tiflisdə, İrəvanda, Moskvada və b. şəhərlərdə), fərq etməz, həmişə bəlli bir planı ardıcıl surətdə həyata keçirib.

Bu ardıcıl bəd əməllərin acısını ölkəmizin dinc, silahsız əhalisinin demək olar, hər bir üzvü dadıb… – Minlərlə ləzgi, avar, tat, yəhudi, kürd, tatar, talış və b. xalqların nümayəndələri də ermənilərin qəddarlığından can qurtara bilməyib. Quba Soyıqım Memorial Kompleksi dediklərimizin monumental təsdiqidir… – Bəlli olduğu kimi, 2007-ci ildə stadion təmiri ilə bağlı aparılan qazıntı işləri zamanı Qudyalçayın sol qıyısında üzə çıxarılmış Quba soyqırımı məzarlığında 500-dək insan kəlləsi mövcuddur. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı işgəncə ilə öldürüldüyü sübuta yetirilib.

Bəli, Qafqaz xarakterindən uzaq ermənilər uşaq, qadın, qoca demədən, etnik mənsubiyyətə baxmadan, erməni və erməni havadarı olmayan hər kəsi gücü yetdiyi, əli çatıdğınca qətlə yetirib.

SSRİ dağıldıqdan sonra “soyqırım yaddaşı” yenidən – daha gur canlanmağa başlayan ermənilər – XX yüzilin sonlarında azərbaycanlılara qarşı Ağdaban, Bağanis Ayrım, Ballı Qaya, Başlıbel, Qaradağlı, Quşçular, Malıbəyli, ən dəhşətlisi Xocalı və b. soyqırım aktlarını törədib. 4 minə yaxın əsir-girov soydaşımızın telyinə hələ də aydınlıq gətirməyən, Qarabağda, o torpaqlardan zorla didərgin saldıqları azərbaycanlıların sayından daha çox mina basdıran Ermənistan (və havadarları) 1918-ci ildə soyqırım törətmiş əcdadlarının zehniyyətindən bircə addım qurtula bilibmi? – Əsla!

44 günlük II Qarabağ müharibəsi dönəmində Gəncənin, Bərdənin qadağanolunmuş raketlərlə atəşə tutulması (hərçənd qadağanolunmamış raketlərin də bəraəti yoxdu), mülki əhalinin qətlə yetirilməsi nədən xəbər verir? – Yəni, həmin zəhərli, zərərli zehniyyət tam qüvvədədir. Təsəvvür edin: tarixdəki ilk (və inşallah son!) erməni dövlətinin ən “demokrat”, ən “ılımlı”, “tərəqqipərvər” başçısı sifətiylə tanıdılan Paşinyanın hökuməti belə əcdadlarının zərərli, zəhərli adətlərindən qurtula bilmir ki, bilmir…

Bəli, biz nəhs aylara, nəhs illərə düşə-düşə yaşamışıq. Milli hisslərdən uzaq, bacarıqsız, qorxaq və səriştəsizlər, Kremlin, onun-bunun siyasi oyuncağı qismində çıxış edənlər ölkəmizin, xalqımızın çıxarlarına uyğun fəaliyyət göstərməyib. Etiraf edək, müsibətlərin çoxu güclü hakimiyyətimizin, qətiyyətli rəhbərimizin olmaması ucbatından başımıza gəlib. – Xalqımız illər uzunu ağır məhrumiyyətlər, məşəqqətlərlə üzləşib…

Məhz Ümummilli lider Heydər Əliyev yenidən ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, o cümlədən erməni vəhşiliyinin ifşa olunması yönündə ciddi işlər görüldü. Heç təsadüfi deyil ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktlarının araşdırılması, öyrənilməsi işi Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi sayəsində başlanılıb. Ümummilli liderin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman o hadisələrə hüquqi-siyasi qiymət baxımından tarix önəm daşıyır. Alimlərə, ictimai-siyasi fəallara yol xəritəsi cızmaq, dostu da, düşməni də düşünməyə vadar etmək, beynəlxalq ictimaiyyətin gözündəki pərdəni aralamaq və s. baxımından da bu Fərmanın önəmi əvəzsidir. Fərman əsasında 1918-ci ilin Mart soyqırım aktlarına dair çoxsaylı tədqiqat əsərləri yazılıb, onların bir çoxu xarici dillərə çevrilib.

Ümummilli lider özü deyirdi: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması haqqında, 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamları da unudulmazdır.

Xalq Cümhuriyyəti dönəmində Soyqırımın araşdırılması yönündə (Fövqəladə İstintaq Komissiyasının xətti ilə) ciddi iş başlansa da, o işin tam başa çatdırılması mümkün olmayıb. Bunu nəzərə alsaq, Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və Sərəncamların dövlətçilik irsi, əcdadın ruhunu şad etmək və gələcək nəsillərə yol göstərmək baxımından daha fərqli bir dəyər daşıdığını vurğulamalıyıq.

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə həqiqətlərin (ümumən Azərbaycan həqiqətlərinin) öyrənilməsi, onun ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması müstəqil Azərbaycan Respublikasının dövlət siyasətində önəmli yer tutur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət sonucunda  həm Ermənistanın dövlət səviyyəsində yürütdüyü terrorçuluq, hərbi təcavüz siyasəti ifşa olunub, həm də işğalçılar ölkəmizdən iti qovan kimi qovulub.

Qalib dövlətimiz, şanlı Ordumuz bütün dönəmlərdəki şəhidlərimizin, günahsız qurbanlarımızın qanını yerdə qoymayıb.

Tarizi Zəfərə imza atmış müstəqil, güclü Azərbaycan Respublikası şəhidlərimizin ruhunu şad edən əvəzsiz nemətimiz, ən böyük təsəllimizdir.

Biz soyqırım törətmirik, daha heç kim də bizi soyqırımla üz-üzə qoya bilməz!

Ağlayıb-sızlamaq yox, yad etmək,

mərsiyə demək yox, gələcəyə baxmaq! – Yol budur!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Subyekt.az

Continue Reading

Previous: Ermənilərin törətdiyi soyqırımından 106 il ötür
Next: TƏCİLİ! XƏBƏRDARLIQ EDİLDİ

Arxivlər

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr    

Son Yazılar

  • Faktiki hava açıqlanıb
  • Elşən Ərzumanovun nəşi Qubada torpağa tapşırıldı
  • Anar Əliyev Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edib
  • Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
  • Deputat qanunsuz dini təhsil alanları insan alverinin qurbanları adlandırdı

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

Sened-1
  • Ölkə
  • Sosial

Faktiki hava açıqlanıb

16 May 2025
1
  • Ölkə
  • Sosial
  • Tarixdə bu gün

Elşən Ərzumanovun nəşi Qubada torpağa tapşırıldı

16 May 2025
xa
  • Ölkə
  • Sosial

Anar Əliyev Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edib

16 May 2025
Ar
  • Mədəniyyət
  • Ölkə
  • Tarixdə bu gün

Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur

16 May 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə