![]()
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.
Hüseyn Cavid prospekti
(Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək)
Bu müddət ərzində yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.
Ayna Sultanova küçəsi
(Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək)
Sürücülərdən xahiş olunur ki:
• qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar;
• mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər;
• müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş olunur.
Subyekt.az