![]()
Bu gün Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə yüksək səviyyəli, geniş tərkibli görüşü zamanı diqqət çəkən xüsusi məqamlardan biri də Azərbaycanın elmi və diplomatiya sahəsində nüfuzlu siması, elmlər doktoru, dəyərli ziyalımız və Azərbaycanın Slovakiya Respublikasındakı fəxri konsulu Cəlal Qasımovun Möhtərəm Prezidentimizlə səmimi görüşü oldu.
Bu kadr, Cəlal müəllimin həm elmi nailiyyətləri, həm də diplomatik fəaliyyəti ilə ölkəmizi xaricdə layiqincə təmsil etməsinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Cəlal Qasımov uzun illərdir Azərbaycan–Slovakiya münasibətlərinin inkişafına, elm və mədəniyyət əlaqələrinin güclənməsinə verdiyi töhfələrlə tanınır. Onun Ali Baş Komandan cənab Prezident İlham Əliyevlə eyni masa arxasında yer alması Azərbaycanın beynəlxalq arenada artan intellektual, elmi və diplomatik nüfuzunun rəmzi kimi dəyərləndirilir.
Bu görüş yalnız rəsmi protokol deyil — Azərbaycanın elminə, ziyalısına və diplomatik təmsilçisinə göstərilən yüksək dövlət etimadının canlı ifadəsidir.
Fəxr edirik ki, Cəlal Qasımov ölkəmizin həm elmi, həm də diplomatik simasını Slovakiyada layiqincə təmsil edir.
Cəlal müəllimə möhkəm can sağlığı, uzun ömür, daim yüksələn fəaliyyət uğurları və gələcək işlərində yeni nailiyyətlər arzulayıram.










Uğurlarınız bol olsun, Cəlal müəllim!
Samir Fərhadoğlu
Subyekt.az