![]()
Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə 1 ailə – 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər, Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Subyekt.az