![]()
Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində ölkə və regional əhəmiyyət kəsb edən məsələlərlə yanaşı, bütövlükdə beynəlxalq əhəmiyyət kəsb edən bir çox məsələlər yer alıb. Müsahibədə diqqətçəkən məqamlardan biri də Ermənistanla Azərbaycan arasında sülh prosesinə mane olan beynəlxalq güclərin, o cümlədən keçmiş Minsk qrupunun həmsədri olmuş Fransa ilə bağlı səsləndirilən fikirlərdir. Prezident bildirib ki, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. İşğal başa çatdıqdan sonra Fransanın Azərbaycana qarşı həmlələri, regionda möhkəmlənmək cəhdləri artdı, bu istiqamətdə hər cür qərəzli, riyakar addımlara əl atdığı göz önündədir. Ermənistanı onun istəyinə əks olaraq revaşizmə sürükləyən Emmanuel Makron hakimiyyəti hər vəchlə bölgəni müharibəyə sürükləyir.
Subyekt.az