![]()
Uzun illər davam edən xəstəlikdən sonra 38 yaşlı pasiyent 33 yaşlı qardaşının donorluğu ilə Yeni Klinikada həyata keçirilən böyrək transplantasiyası sayəsində sağlamlığına qovuşub.
Əməliyyat Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrahlar Lalə İsmayılova, Günay Allahverdiyeva və həkim-anestezioloq-reanimatoloq Mayıl Sədiyevin iştirakı ilə icra edilib.
Donor üzərində laporoskopik (qapalı) üsulla həyata keçirilən əməliyyatdan və böyrək transplantasiyasından sonra hər iki pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib.

.

.

Subyekt.az