
“Sağlam Gənc: Region Gənclərinin Ekoloji Maarifləndirmə Marafonu” adlı layihə çərçivəsində Masallı şəhərində tədbir keçirilib.
Subyekt.az xəbər verir ki, “Sağlam Həyat Uğrunda “-Gənclərin İctimai Birliyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, 1 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin, Masallı şəhər Boradigah qəsəbə İnqilab Nağıyev adına 2 saylı tam orta məktəbin tərəfdaşlığı ilə “Sağlam Gənc : Region Gənclərinin Maarifləndirmə Marafonu” adlı layihə keçirdi.
Tədbirin asas məqsədi:
Şagirdlərə və yerli ictimaiyyətə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və tullantıların idarə olunması haqqında biliklərin artırılması olub.
Tədbiri məktəbin direktoru Məhbubə Şahbazova açıq elan edərək, şagirdlərə uğurlar arzu edib. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi şagirdlərin ekoloji düşüncə tərzinin inkişafına töhfə verir və onların ətraf mühitin qorunmasına daha həssas yanaşmalarını təmin edir. Boradigah qəsəbə 2 saylı tam orta məktəbi gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır.
Daha sonra Layihə koordinatoru Gülnar Nəsibli çıxış edərək,tədbirin əsas məqsədinin ətraf mühitin qorunmasının vacibliyini vurğulamaq, tullantıların düzgün idarə olunması və su ehtiyatlarının səmərəli istifadəsi kimi mövzularda maarifləndirmə işinin aparılmasıdır.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, çıxış edərək qeyd edib ki, ekoloji maarifçilik ətraf mühitin qorunmasına dair biliklərin artırılmasına, təbii resurslardan düzgün istifadənin təşviqinə xidmət edir. Region gəncləri üçün ekoloji marafonlar onların bilik və bacarıqlarını inkişaf etdirməyə, həmçinin ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərdə iştiraklarını artırmağa imkan yaradır.
Maarifləndirici sessiya çərçivəsində şagirdlər ekoloji problemlərlə bağlı təqdimatlar ediblər və mövzu üzrə interaktiv müzakirələr aparılıb.
Tədbirin zamanı iştirakçılara ekoloji maarifləndirici broşürlər paylanıb və sonda xatirə şəkilləri çəkilib.
#LənkəranAstaraMasallıRTİ
#MasallıBoradigah2saylıməktəb
#AzərbaycanGənclərvəİdmanNazirliyi
#EkologiyatəbiisərvətlərNazirliyi
Subyekt.az