![]()
Rayonda əkilən torpaq sahələrinin 1000 hektara yaxınını suvarma suyu ilə təmin edən Bolqarçay çayının məcrasında ötən il görülən lildən təmizləmə işləri bu il də davam etdirilir.
Biləsuvar Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış 2025-ci ilin İstismar Tədbirlər planına əsasən Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən artıq mart ayından çayda lildən təmizləmə işlərinə start verilib.
Yaz aylarında qısamüddətli sel sularının keçdiyi çayın məcrasının təmizlənməsi həm də, yaxınlıqdakı əkin sahələrinə və yaşayış məntəqələrinə dəyəcək ziyanın qarşısını alacaqdır.

.

.

.

.

Subyekt.az