“Uşaqların doğumuna görə birdəfəlik müavinət artırıldı. Amma kateqoriyaları bir az ayırmağımız lazımdır. İşsiz, imkanı olmayan şəxslər üçün eyni standart, doğulan uşağa görə 500 manatın verilməsi ədalətli sayılmır”.
Subyekt.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Biz demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addım atmırıq. Bizdə yaşlı əhalinin sayı artır, gənclərin sayı isə azalmaqdadır. Bu da doğum faizinin aşağı düşdüyünə görədir. Hamiləlik və doğuma görə vəsaitin artırılması vacibdir”, – deyə deputat bildirib.
Subyekt.az