![]()
20 oktyabr – Energetiklər Günü münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və rayonda energetika sahəsində çalışanlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Peşə bayramları münasibətilə rayonun energetika sahəsində çalışan kollektivi təbrik edən Faiq Qürbətov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarixin ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərin peşə bayramı günü kimi təsis edilməsi dövlətin energetika sektorunda çalışan insanların əməyinə verdiyi yüksək qiymətdir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ruhin Məmmədov onlara göstərilən diqqət və qayğı üçün kollektivin adından minnətdarlığını bildirib.
Subyekt.az