![]()
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı günü və Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, DTX-nin Biləsuvar rayon şöbəsinin kollektivi və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Parkına gələrək Ulu öndərin abidəsini ziyarət ediblər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının bütün əməkdaşlarını, o cümlədən rayon şöbəsinin kollektivini 28 mart-Peşə bayramları münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

.

.

.

.

Subyekt.az