Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Biləsuvarda vətəndaşlar arasında maarifləndirmə işləri təşkil olunub.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparıb və zəruri məlumatlar veriblər. Vətəndaşlara izah olunub ki, kiberdələduzların qurbanı olmamaq üçün müxtəlif sayt və sosial şəbəkələrdə şirnikləndirici vədlərə aldanıb şübhəli linklərə keçid edilməməli, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.
Əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının yaxınlığında xəbərdaredici elanlar yerləşdirilib.
Subyekt.az