
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Heydər Əliyev Mərkəzində Xalq şairi, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Nəbi Xəzrinin yaradıcılığı haqqında Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Biləsuvar Rayon İcra Hakimiyyətinin müavini Ləman Yüzbaşova, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış ediblər. Ədəbi-bədii gecədə Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi və Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin şagirdləri maraqlı çıxışlar ediblər. Şairin sevilən şeirləri qiraət olunub, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən şairin sözlərinə yazılmış mahnılar ifa olunub.

.

.

.

.

Subyekt.az