
13 Fəvral-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin rəisi Rəfail Xəlilov, hüquq- mühafizə orqalarının rəhbərləri və xidmətin Biləsuvar Rayon Şöbəsinin əməkdaşları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin əməkdaşlarını təbrik edərək, onlara işlərində yeni-yeni uğurlar arzulayıb.

.

.

Subyekt.az