Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Əliabad kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir. Kəndin ərazisindən keçən şor kollektorunun üzərində yerləşən və qəbristanlığa keçid üçün nəzərdə tutulmuş körpü yararsız hala düşdüyü üçün Kollektorlar İdarəsi tərəfindən yenisi ilə əvəz olunmuşdur.
Bundan əlavə Əliabad kənd icra nümayəndəliyinin təşəbbüsü və sakinlərin dəstəyi ilə Polad Həşimov küçəsi qum-çınqıl qarışığı ilə üzlənmişdir.

.

.

.

.

Subyekt.az