Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əsəd Əhməd Xan Myanmanın müvəqqəti prezidenti Min Aun Hlayna insanlıq əleyhinə cinayətlərə görə həbs orderinin verilməsini istəyib. Xəbər verir ki, bu barədə məhkəmənin saytında bildirilib. Hlayn 2017-ci ildə ölkədə yaşayan Rohinya etnik qrupunun nümayəndələrinin deportasiyası və təqibində təqsirlidir.Xan qeyd edib ki, bu, onun idarəsinin Myanmanın yüksək vəzifəli dövlət məmurunun həbsinə order istədiyi ilk haldır.
Subyekt.az