![]()
Avqust ayının 31-də Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.
N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Subyekt.az