İnsan doğulduğu andan daim mücadilə aparır. Həyatında keşməkeşli yollardan keçir, bəzən büdrəyir, bəzən də ayağa qalxıb yoluna davam edir, qalib olmağa can atır. Azərbaycan xalqı tarix boyu həmişə müstəqilliyi, bütövlüyü, azadlığı uğrunda mübarizə aparıb.
Erməni quldurlarının ölkə vətəndaşlarına verdiyi amansız işgəncələr, zülmlər, qətillər 30 il davam etdi. Xalq olaraq 30 il əzilsək də, talansaq da, təcavüzə uğrasaq da, büdrəsək də yıxılmadıq, həmişə dik duraraq güc topladıq. Vaxtı gələndə düşmənin başına zərbə endirmək üçün yumruq kimi bir olduq.
Və nəhayət Azərbaycan tarixində qızıl hərflərlə yazılan o gün gəldi. 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 günlük müharibə dövründə amansız döyüşlər, ardıcıl qazanılan uğurlar nəticəsində Qarabağ torpağı düşmən tapdağı altından xilas oldu. Çiçəklər, otlar, ağaclar, quşlar, ruhlar, analar, nalələr, ahlar azadlığa qovuşdu. Neçə-neçə igid Azərbaycan gənci könüllü döyüşlərə atıldı, canı bahasına azad və bütöv ölkəyə çevirdi Azərbaycanı.
Bu gün o igidlərin bayramı, bu gün o şəhidlərin bayramı bu gün körpələrin bayramdır.
Azad ölkənin vətəndaşlarının bayramıdır.
Bayramımız, Bayrağımız daima ucada olsun.
Qazimiz Zeynalov Nihad dediyi kimi vətən ibtidai sinifdən, partadan başlayır.
Bu gün Quba rayon şəhidi Hikmət Hüseynovun adını daşıdığı Quba şəhər 4-nömrəli məktəb-liseyin 1c sinfində gözəl tədbir keçirildi.
Məktəbin ibtidai sinif müəllimi Yeganə Həsənovanın şagirdlərə aşıladığı qan yaddaşımız uşaqların təmiz beyninə qələmlə həmişəlik yazıldığına inanıram. Daha sonra müəllim və şagirdlər Quba Rayon Alpan kənd sakini şəhid Aqil Niyaz oğlu Məlikovun evini ziyarət etmişdir. Şəhidin kiçik muzeyi qarşısında AYB-nın üzvü prezident təqaüdçüsü şair Firəngiz Sabirqızı Aqil Məlikov haqqında şagirdlərə məlumat vermiş, şəhidin atası, oğlu haqqında qürurla danışmışdır.
Müəllim və şagirdlər şəhid bulağı qarşısına tər qərənfillər düzərək bulaqdan su içmişlər.
Mən inanıram ki, körpə balalarımız böyüyüb boya-başa çatdıqdan sonra da o bulağı ziyarət edəcəklər.
#ŞəhidlərÖlməz
#ZəfərBayramı
#Qarabağ_Azərbaycandır
Firəngiz Sabirqızı
Subyekt.az