ABŞ Prezidenti Co Bayden və Donald Tramp arasında noyabrın 13-də Ağ Evdə keçiriləcək görüşdə Ukraynadakı vəziyyət müzakirə olunacaq.
Subyekt.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “CBS News”-a açıqlama verib.
Onun sözlərinə görə, Bayden və Tramp daxili və xarici siyasətin əsas prioritetlərini, xüsusilə də Avropa, Asiya və Yaxın Şərqdə baş verənləri müzakirə edəcəklər.
Prezident gələcək Tramp administrasiyasını Ukraynanı tərk etməməyə çağıracaq. Çünki bu, Avropada daha da böyük qeyri-sabitliyə səbəb ola bilər.
Sullivanın sözlərinə görə, Baydenin seçilmiş prezidentə əsas müraciəti onun hakimiyyəti dinc yolla ötürməsini təmin etmək öhdəliyi olacaq.
“CBS” qeyd edib ki, bu cür görüşlər formalaşmış təcrübədir və səlahiyyət müddətini başa vuran prezidentdən seçilmiş prezidentə hakimiyyətin ötürülməsi prosesinin başlanması məqsədi daşıyır.
Subyekt.az