![]()
Mayın 14-də Gülüstan Sarayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası keçirilib. Subyekt.az xəbər verir ki, tədbirdə dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə, 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edib.
Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edib.
Qlobal Cənub QHT Platformasının Baş katibi seçilib. Azərbaycan təmsilçisi Fuad Kərimli 5 il müddətində təşkilata sədrlik edəcək.
Özbəkistan təmsilçisi Bobur Bekmurodov Baş katibin Asiya regionu üzrə müavini, Ekvador təmsilçisi Luis Qalleqos Baş katibin Latın Amerikası regionu üzrə müavini, Keniya təmsilçisi Mithika Mwenda Baş katibin Afrika region üzrə müavini, Filippin təmsilçisi Cecile Guidote-Alvarez isə Baş katibin Sakit okean regionu üzrə müavini seçilib.
Fuad Kərimli deyib ki, platformanın əsas məqsədi Qlobal Cənub ölkələrinin səsini beynəlxalq qərarvermə proseslərində daha güclü şəkildə təmsil etmək, ortaq prioritetləri ön plana çıxarmaq və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.
Qeyd edək ki, Gülüstan Sarayında keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasında Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi də dəvət əsasında iştirak edib. İctimai Birliyi tədbirdə Nəzarət Təftiş Komissiyasının sədri Səbuhi Ağayev təmsil edib.










Subyekt.az