Skip to content
20 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Başlıbel qətliamından 31 ötür
  • Xəbərlər

Başlıbel qətliamından 31 ötür

18 Aprel 2024
IMG-20240418-WA0006
5

Loading

31 il öncə aprelin 18-də Kəlbəcərin ən böyük kəndi olan Başlıbel kəndində mühasirədə qalan insanların gizləndiyi yer işğalçı Ermənistan ordusu tərəfindən aşkar edildi. İşğal zamanı doğma torpaqlarını tərk etməyən, dağlara sığınan 62 nəfər cəmi 17 gün gizlində qala bildilər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər – I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Şükürlər olsun ki, Ali Baş Komandanın sərkərdəliyi, şəhidlərimizin qəhrəmanlığı, hərbçilərimizin sücaəti sayəsində Başlıbel azaddır. Başlıbel sakinləri məzarı aşkarlanan 13 şəhidinin məzarını ziyarət edə bilir.
2013-cü ildə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Başlıbelin işğalının 20-ci ilində həmin hadisələrdən bəhs edən, Azərbaycan və ingilis diliondə «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabını hazırladı. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstək verdiyi kitab cəmi 300 nüsxə çap olunub. Kitabda ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaətini, vətən sevgisini göstərən faktlar verilib. Bu kitabın yazılması ilə həm də erməni vəhşiliklərinin ağrısını yaşayan, uşaqları gözləri qarşısında öldürülən valideynlərin fikirlərini gələcək nəsillərə çatdırılıb.
2023-cü ildə isə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Başlıbel qətliamı ilə bağlı İngilis dilində ilk dəfə Beynəlxalq təşkilatlara və beynəlxalq ictimaiyyətə çatdırılması üçün hesabat hazırlayıb. Bu qətliamı törədənlərin də bir gün ədalət mühakiməsi önündə cavab verəcəyi şübhəsizdir.
Allah şəhidlərimizə rəhmət eləsin.


Xalid Kazımov

Subyekt.az

Continue Reading

Previous: Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb
Next: Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb
  • Tramp: Türkiyəyə səfər edəcəyəm
  • Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var
  • Bakıda dəhşətli qətl baş verdi
  • 20 İyun – Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günüdür

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

image_940x_6a363096a25d4
  • Dünya
  • Hadisə

Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb

20 İyun 2026
tramp1
  • Dünya
  • Xəbərlər

Tramp: Türkiyəyə səfər edəcəyəm

20 İyun 2026
6a361b18f23966a361b18f239717819307766a361b18f23946a361b18f2395 (1)
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var

20 İyun 2026
images
  • Kriminal

Bakıda dəhşətli qətl baş verdi

20 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.