![]()
Cari ilin 13-15 aprel tarixlərində Türk Ədalət Akademiyasının Türkiyə Ədliyyə Təlim Şəbəkəsi ilə birgə Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunan “Beynəlxalq İnsan Hüquqları üzrə Təlim Proqramı”nda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorları Əliyeva Sarıtel, Qasımov Rəşad, Abdullayev Elşən və Ağayev Ruslan iştirak edib.
Təlimdə Azərbaycan tərəfi ilə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikalarının Ədliyyə və Hüquq-mühafizə Akademiyalarının nümayəndə heyətləri iştirak edib.
Təlimdə Avropa İnsan Hüquqları Konvensiyasının ümumi çərçivəsi, Avropa İnsan Hüquqları Məhkəməsində prosedur qaydaları, Məhkəmənin Qərarlarının İcrasının Monitorinqi və Avropa İnsan Hüquqları Konvensiyasının ayrı-ayrı maddələrinin tövsifinə həsr olunmuş geniş müzakirələr keçirilib.
Tədbirdə Elm-Tədris Mərkəzinin prokuroru Sarıtel Əliyeva “İnsan hüquq və azadlıqlarının təminatında Azərbaycan Prokurorluğunun fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib, müzakirələr zamanı Mərkəzin əməkdaşları Rəşad Qasımov, Elşən Abdullayev və Ruslan Ağayev insan hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan qanunvericiliyinin vəziyyəti və bu sahədə prokurorluğun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumatlar verib və təcrübə mübadiləsi aparıblar.
Sonda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olunmuş, xatirə şəkilləri çəkilib.

.

Subyekt.az