![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Şimali Kipr Türk Cümhuriyyətindən gələn QHT nümayəndələri ilə görüşüb.
Subyekt.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun ofisində baş tutan görüşdə Azərbaycan – Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və Kipr Türk Birliyi Dərnəyinin sədri, Lefke Avropa Universitetinin professoru, doktor Güven Arıklı iştirak ediblər.
Azərbaycan Milli QHT Forumunun milli və beynəlxalq səviyyələrdə həyata keçirdiyi fəaliyyətlərə dair ətraflı məlumat verən Azər Allahverənov Forumun gələcək planları barədə danışıb.
Baş katib Azər Allahverənov qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti institutlarının vahid platformada bir araya gətirilməsində məqsəd qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, ortaq mənəvi və mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsidir.
Tərəflər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti, vətəndaş institutlarının təkmilləşdirilməsi, ictimai diplomatiyanın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüş zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında həmrəyliyin artırılması, birgə humanitar təşəbbüslərin və ortaq forumların təşkili məsələləri müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq tərəflər gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib və bu mövqedən çıxış edərək birgə təşəbbüslərin intensiv şəkildə davam etdirilməsinin vacibliyini bildiriblər.
Görüşün sonunda professor Güven Arıklı həmmüəllifi olduğu “Türk bir’den Türk birliği’ne” kitabını Azər Allahverənova ərməğan edib.







Milli Majlis
TURKPA Türk Devletleri Teşkilatı – Organization of Turkic States
Azərbaycan Milli QHT Forumu
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
#Azerbaycan #MilliMeclis #AzerAllahveranov #TürkDevletleriTeşkilatı #STK #SivilToplum #AzerbaycanMilliSTKForumu #KKTC #KuzeyKıbrısTürkCumhuriyeti #AzerbaycanKıbrısDostluğu #OrhanHasanoğlu #TürkBirliğiDayanışmaDerneği #GüvenArıklı #LefkeAvrupaÜniversitesi #TürkDünyası #STKİşBirliği #KamuDiplomasisi #OrtakProjeler #KültürelDeğerler #İnsaniGirişimler #TürkBirdenTürkBirliğine
Subyekt.az